Bakı və Sumqayıt sakinlərindən 4,6 kq civə götürülüb

Bakı və Sumqayıt sakinlərindən 4,6 kq civə götürülüb
# 26 aprel 2014 10:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sumqayıt və Bakı sakinlərindən civə götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Eldar Rüstəmov, Nəsimi Həsənov, Telman Paşayev və Bakı şəhər sakini İlyas Tağıyevdən 4 kiloqram 600 qram gümüşü rəngli civə götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR