ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi azərbaycanlı jurnalistin Türkiyədən deportasiya edilməsindən sarsıldığını bildirib

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi azərbaycanlı jurnalistin Türkiyədən deportasiya edilməsindən sarsıldığını bildirib
# 07 fevral 2014 09:12 (UTC +04:00)

APA-nın xəbərinə görə, D. Miyatoviç özünün “Twitter” səhifəsində bu xəbərdən sarsıldığını deyib: “Bu, Türkiyədə mətbuat azadlığı sahəsində atılmış növbəti yanlış addımdır”.

Xatırladaq ki, Türkiyədə nurçulara məxsus, ingilis dilində nəşr edilən “Todays Zaman” qəzetinin redaktoru və yazarı, Azərbaycan vətəndaşı Mahir Zeynalov ölkədən deportasiya edilib. Deportasiya qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prokurorluğa şikayəti əsasında verilib. R. T. Ərdoğan şikayətində M. Zeynalovun “Twitter”də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR