Əbülfəs Qarayev Ağsuda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Ağsuda vətəndaşları qəbul edəcək
# 17 mart 2014 10:16 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağsu şəhərində vətəndaşların qəbulunu keçirəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, martın 28-də keçiriləcək qəbulda Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz, Şamaxı rayonlarından olan şəxslər iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı və 012 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR