Azərbaycanda uşaqların cismani cəzadan qorunması ilə bağlı yeni qanun hazırlanır

Azərbaycanda uşaqların cismani cəzadan qorunması ilə bağlı yeni qanun hazırlanır
# 20 dekabr 2013 11:51 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsi yaz sessiyasında işləyəcəkləri əsas layihələrin adlarını açıqlayıb.

APA-nın məlumatına görə, komitənin bu gün keçirilən iclasında sədr Hadı Rəcəbli bildirib ki, yaz sessiyasında komitənin işləyəcəyi əsas layihələr “Ailə həkimi haqqında”, “Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında”, “Uşaqların cismani cəzadan qorunması haqqında” və “Valideyn himayəsindən məhrum olan uşaqların ailələrə verilməsi haqqında” yeni qanunlardır.

Onun sözlərinə görə, Prezident Administrasiyasından da bir sıra qanunların qəbulu gözlənilir ki, onların da müzakirəsi növbəti sessiyaya planlaşdırılır.

H.Rəcəbli payız sessiyasında görülən işlərə də toxunub. O qeyd edib ki, komitə bu sessiya ərzində 12 sənəd hazırlayaraq plenar iclasda qəbul etdirib: “Həmçinin komitəyə 430 ərizə və şikayət daxil olub. Bunların əksəriyyəti pensiyaların, sosial müavinətlərin artırılması, əlillərin və veteranların mənzillə təmin olunması, ünvanlı sosial yardımın verilməsi və xəstəliklərlə bağlı olub. Edilən müraciətlər üzərində işlənilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR