Bakıda avtomobil oğruları tutulub

Bakıda avtomobil oğruları tutulub
# 07 may 2013 09:47 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda avtomobil oğruları tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ruslan Nəcəfovdan 4 qramdan artıq tiryək aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, o, Əli və Ruslan adlı şəxslərlə birlikdə aprelin 22-də A.Mustafayev küçəsində Anar Xəlilovun idarə etdiyi «Tayota Land-Gruzer» markalı avtomobili qaçırıblar. Həmçinin həmin şəxslər aprelin 27-də S.Axundov küçəsində yerləşən «Asiman» firmasına məxsus «BMV» markalı avtomobili 150 manat müqavilində bir günlük icarəyə götürərək qaytarmayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR