Xalq artisti Muxtar Avşarovun 100 illik yubileyi qeyd olunacaq

Xalq artisti Muxtar Avşarovun 100 illik yubileyi qeyd olunacaq
# 08 yanvar 2014 11:39 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevralın 15-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə xalq artisti Muxtar Avşarovun 100 illiyinə həsr olunan yubiley tədbiri keçiriləcək.

ATXİ-nin məsul katibi Kəmalə Cəfərzadənin APA-ya verdiyi məlumata görə, yubiley tədbirində M. Avşarovun həyat fəaliyyətindən ibarət sərgi nümayiş olunacaq, aktyorun iştirak etdiyi filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinləniləcək.

Qeyd edək ki, Muxtar Avşarov 1914-cü il fevralın 15-də İrəvanda anadan olub. O, “Axırıncı aşırım”, “Dəli Kür”, “Kişi sözü”, “Tütək səsi”, “Qatır Məmməd”, “Gün keçdi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. M. Dadaşov 2004-cü ildə Bakıda dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR