Tiflis-İstanbul marşrutu üzrə uçan təyyarə uçuş-eniş xəttindən sürüşüb

Tiflis-İstanbul marşrutu üzrə uçan təyyarə uçuş-eniş xəttindən sürüşüb
# 01 fevral 2014 10:24 (UTC +04:00)

APA-Economics”in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Tiflisdən İstanbula uçan Türkiyənin “Pegasus” şirkətinə məxsus “Boeing-737” təyyarəsi Gürcüstan paytaxtının hava limanında uçuş-eniş xəttindən sürüşüb.

Məlumata görə, hadisə yolun buzlaşması səbəbindən baş verib: “Hadisə yerinə səfərbər edilmiş qəza-xilasedici xidmətinin əməkdaşları yarım saat ərzində təyyarəni əvvəlki vəziyyətinə gətirə biliblər. Sərnişinlər isə tranzit zonaya yerləşdiriliblər”.

Qeyd edək ki, olay nəticəsində xəsarət alanların olmadığı bildirilir. Tiflis-İstanbul reysini saat 14:00-a təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR