BQXK: Azərbaycan və Ermənistanda gizlin saxlanılan şəxslər barədə bizə hələ konkret məlumat təqdim edilməyib - FOTO

BQXK: Azərbaycan və Ermənistanda gizlin saxlanılan şəxslər barədə bizə hələ konkret məlumat təqdim edilməyib - <span style="color: red;">FOTO
# 24 yanvar 2014 09:36 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, BQXK-nın Azərbaycandakı nümayəndəliyi həmin hərbi əsirə və ailəyə sonuncu dəfə yanvarın 22-də baş çəkib. D. Duran qeyd edib ki, son 21 il ərzində BQXK-nin vasitəçiliyi ilə təqribən 700-ə nəfərə yaxın insan qaytarılıb, yaxud azad edilib: “Bu, azərbaycanlılar və ermənilərlə bağlı ümumi statistikadır. Ancaq biz hərbi əsirlər və mülki internə olunmuş şəxslərlə bağlı dəqiq rəqəm deyə bilmirik. Çünki 1990-cı illərin əvvəllərində münaqişə davam edirdi və o zaman da hərbi əsirlər və mülki internə olunmuş şəxslərlə bağlı dəqiq məlumat yox idi. Digər tərəfdən, BQXK girov sözündən istifadə etmir. Ancaq biz tez-tez bütün tərəflərdən qarşı tərəfin gizlin saxladığı şəxslər barədə eşidirik. Ancaq biz deyirik ki, bu, iddialardır və biz bu iddiaları izləyə bilərik. Ancaq bu haqda bizə konkret məlumat verilməlidir. Ancaq indiyə qədər heç bir tərəf BQXK-ya bununla bağlı konkret bir məlumat təqdim etməyib”.

Qeyd edək ki, erməni hərbçisi Akop İncuqulyan ötən ilin avqustunda Azərbaycan hərbçilərinə əsir düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR