«Rabitəbank» güzəştli kredit kampaniyası keçirir

«Rabitəbank» güzəştli kredit kampaniyası keçirir
# 09 dekabr 2013 09:20 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Rabitəbank» ASC Rabitəçilər Günü münasibətilə endirim kampaniyasına başlayıb. Yeni kampaniyanın şərtlərinə əsasən, bankdan 2 illik kredit alan rabitəçilərə sonuncu ilin kredit faizləri hədiyyə olunacaq.

Bankdan «APA-Economics»ə bildirilib ki, rabitə sahəsində çalışanlar 24 aylıq nağd pul krediti aldığı təqdirdə son 12 ay kredit üzrə faiz ödəməyəcəklər. Kampaniya çərçivəsində 18 ay kredit götürən rabitəçinin faizsiz güzəşt dövrü 6 ay, 12 aylıq kredit götürənlərdə isə 3 ay təşkil edəcək. Kampaniya ilin sonuna kimi davam edir.

Qeyd edək ki, güzəştli kredit kampaniyası çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, telekommunikasiya təşkilatları, mərkəzi və regional poçt şöbələri, internet, mobil və stasionar telefon operatorlarının işçiləri kredit ala bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR