Abşeronda özünü binadan atmaq istəyən şəxsin intihar cəhdinin qarşısı alınıb - YENİLƏNİB

Abşeronda özünü binadan atmaq istəyən şəxsin intihar cəhdinin qarşısı alınıb - <span style="color: red;">YENİLƏNİB
# 13 fevral 2014 12:29 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 12 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü Elnur Mehman oğlu Salahovdur.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısı alıblar.

E.Salahov intihara cəhd etməsinə səbəb kimi maddi vəziyyətinin pis olmasını göstərib.

****

14.38

Bakı. Hafiz Heydərov - APA. Abşeronda bir nəfər intihar etmək istəyir.

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Masazır qəsəbəsində, qəsəbə bələdiyyəsinin yaxınlığında yerləşən 12 mərtəbəli binanın damına çıxan kişi özünü binadan atacağını deyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları gəlib. Hazırda intihara cəhd edən şəxslə danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR