«PAŞA Həyat» şirkəti üç sığorta hadisəsinə görə 66 min manata yaxın ödəniş həyata keçirib

«PAŞA Həyat» şirkəti üç sığorta hadisəsinə görə 66 min manata yaxın ödəniş həyata keçirib
# 15 yanvar 2014 12:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat» sığorta şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti üç irihəcmli sığorta ödənişi həyata keçirib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «PAŞA Həyat»da sığortalanmış üç işçi (üç müxtəlif sığortalı müəssisənin əməkdaşları) istehsalat zamanı bədbəxt hadisə nəticəsində həyatlarını itirib. Müxtəlif vaxtlarda baş vermiş bədbəxt hadisələrə görə ümumilikdə 65 853 manat həcmində sığorta ödənişi verilib.

Belə ki, şirkət tərəfindən sığortalandığı müəssisələrdə istehsalat zamanı vəfat etmiş şəxslərin ailələrinə müvafiq olaraq 25 403 manat, 24 191 manat və 16 259 manat həcmində birdəfəlik ödənişlər həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR