Azərbaycanda bank aktivləri ötən il 23% artıb

Azərbaycanda bank aktivləri ötən il 23% artıb
# 30 yanvar 2014 08:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 20 385,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 3 854,7 mln. manat və ya 23,3% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, təkcə dekabrda aktivlərin həcmi 201,5 mln. manat və ya 1,0% artıb.

O cümlədən, kommersiya banklarının kredit qoyuluşlarının həcmi 2014-cü ilin yanvarın 1-nə 14 989,9 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 3 025,9 mln. manat və ya 25,3% çoxdur. Eyni zamanda, ötən ilin dekabrında kredit qoyuluşlarının həcmi 177,6 mln. manat və ya 1,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR