Rusiya XİN: Moskva Ukraynanın daxili işlərinə müdaxilə etməyib, indi də etmir

Rusiya XİN: Moskva Ukraynanın daxili işlərinə müdaxilə etməyib, indi də etmir
# 06 fevral 2014 14:19 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Moskva Ukraynanın daxili işlərinə müdaxilə etməyib, indi də etmir”. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Ukraynanın Krım Muxtar Respublikası parlamentinin Rusiyaya ölkədə baş verən hadisələrlə əlaqədar muxtar respublikanın təhlükəsizliyinin zəmanətçisi kimi çıxış etməklə bağlı müraciətini şərh edən Rusiya XİN rəsmisi deyib ki, Ukrayna rəhbərliyi siyasi böhranın qarşısını almağa qadirdir: “Biz bu prosesə müdaxilə etməmişik və etmirik. Əlbəttə ki, biz bütün kanallarla çoxistiqamətli intensiv dialoq aparırıq. Müzakirə etdiyimiz məsələlər praktik olaraq siyasi və iqtisadi əməkdaşlığa aiddir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR