APA polkovnik Pənah Abdullayevin təkzib etdiyi xəbərin audio yazısını yayıb - AUDİO

APA polkovnik Pənah Abdullayevin təkzib etdiyi xəbərin audio yazısını yayıb - <span style="color: red;">AUDİO
# 18 noyabr 2013 12:14 (UTC +04:00)

P. Abdullayev KİV-ə açıqlamasında deyib: “Mən 12 noyabr 2013-cü il tarixində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrlə tutduğum vəzifədən azad edilmişəm. Bu normal haldır, çünki hərbi sahədə heç bir əmr müzakirə olunmur, sadəcə yerinə yetirilir. Bu məsələ ilə bağlı artıq söz-söhbət yaratmağa da ehtiyac yoxdur”.


Bununla əlaqədar APA olaraq bildiririk ki, noyabrın 13-də bəzi KİV-də P. Abdullayevin işdən azad olunması ilə bağlı məlumatlar yayılandan dərhal sonra APA xəbəri dəqiqləşdirmək üçün onun özü ilə əlaqə saxlayıb. Lakin P. Abdullayev bu məlumatları təkzib edərək, işdən çıxarılması ilə bağlı xəbərlərin yalan olduğunu bəyan edib.

APA P. Abdullayevin işdən çıxarılması ilə bağlı xəbərləri təkzib edən səs yazısını təqdim edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR