BŞBPİ: Milli Şuranın Bakıda keçirdiyi aksiyada 1500 nəfər iştirak edib

BŞBPİ: Milli Şuranın Bakıda keçirdiyi aksiyada 1500 nəfər iştirak edib
# 28 sentyabr 2013 15:10 (UTC +04:00)

BŞBPİ-dən APA-ya daxil olan məlumatda bildirilib ki, sentyabrın 28-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifət yönlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR