Azərbaycan MN: Serj Sarkisyan elə zənn edir ki, AŞPA-dakı hiyləgər çıxışı ilə özünün və cinayətkar komandasının əməllərini ört-basdır edə bilər

Azərbaycan MN: Serj Sarkisyan elə zənn edir ki, AŞPA-dakı hiyləgər çıxışı ilə özünün və cinayətkar komandasının əməllərini ört-basdır edə bilər
# 02 oktyabr 2013 15:46 (UTC +04:00)

Bakı - APA. “Ermənistan prezidenti Serj Sarkisyan elə zənn edir ki, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) hiyləgər çıxışı ilə özünün və cinayətkar komandasının əməllərini ört-basdır edə bilər. O, uşaq qatilidir və vaxt gələcək cinayətkar kimi beynəlxalq məhkəmə önündə cavab verməli olacaq”.

Bunu APA-ya açıqlamasında Mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib.

Müdafiə Nazirliyinin sözçüsü Ermənistan prezidenti Serj Sarkisyan AŞPA-dakı çıxışı barədə daha sonra bunları deyib: “Xocalıda yüzlərlə insanı qətlə yetirən bu adamın faciədən necə lovğalanmasını, hətta həyasızcasına müsahibə verərək “bununla Azərbaycana dərs vermək istədik”, deyə sərsəm fikirləri bu gün də kimsənin yadından çıxmayıb. Onun Azərbaycan prezidentini lovğalanmaqda ittiham etməsinə ümumiyyətlə, bir insan kimi mənəvi haqqı yoxdur. O, süurən şikəstdir.

Bu uşaq qatili nə bir şəxsiyyət, nə bir dövlət rəhbəri kimi Azərbaycan prezidenti İlham Əliyevlə özünü ümumiyyətlə, müqayisə edə bilməz. Ondan və onun hərbi xuntasından fərqli olaraq Azərbaycan prezidenti kimsənin başını kəsməyib. Ondan fərqli olaraq Azərbaycan prezidenti hamilə ananın qarnına süngünü çəkib, dünyaya hələ göz açmayan körpənin başını bədənindən ayırmayıb. Ondan fərqli olaraq Azərbaycan prezidenti tikib-yaradır, quruculuq işləri ilə məşğul olur, həm öz xalqına, həm də bəşəriyyətin normal yaşayışının təmin edilməsi üçün öz iqtisadi layihələri ilə layiqli töhfələrini verir”.

E. Sabiroğlu deyib ki, S. Sarkisyan AŞPA-nın tribunasından rəhbərlik etdiyi müddətdə Ermənistandan insanların kütləvi şəkildə öz ölkələrini necə tərk etmələrini dilə gətirməliydi: “Bu cinayətkar öz xalqına da az ziyanlar vurmayıb. İndi onu narahat edən Azərbaycanın hərbi büdcəsinin ilbəil artmasıdır. İndi onu həm də narahat edən hərbi hissələrə erməni anaların öz övladları üçün həftəlik azuqə daşımalarıdır. Lovğa-lovğa danışmaq Serj Sarkisyanın naturasına daha çox uyğundur. Yadından çıxarmasın ki, Azərbaycan torpaqları təkcə Ermənistanın gücü ilə işğal edilməyib. Bu işdə sovetlərdən qalan 366-cı hərbi alayın oynadığı rolu tarixin yaddaşından silmək mümkün deyil. Görünür, bu gün də forpost ölkənin forpost prezidenti Serj Sarkisyanı belə yekə-yekə danışmağa həvəsləndirən oxşar amilə arxalanmasıdır. Amma zaman o zaman deyil. Serj Sarkisyan və onun komandası unutmasın ki, Azərbaycan Ordusu torpaqları işğaldan azad edərək həmin ərazilərdə ölkənin suverenliyinin bərpasına nail olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR