Gənclər və İdman Nazirliyi istedadlı və yaradıcı gəncləri mükafatlandırıb - VİDEO

Gənclər və İdman Nazirliyi istedadlı və yaradıcı gəncləri mükafatlandırıb - <span style="color: red;">VİDEO
# 05 fevral 2014 13:33 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün 2 fevral - Gənclər günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə elm, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış istedadlı və yaradıcı gənclər mükafatlandırılıb.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, artıq 17 ildir ölkəmizdə gənclər günü qeyd olunur: “Bu gün də zamanın yeniləşən çağırışlarına uyğun olaraq ölkə başçısı İlham Əliyevin diqqəti nəticəsində dövlətin gənclər siyasəti inkişaf edir, məzmunca zənginləşir, intensivləşir. Azərbaycan son 10 il ərzində böyük tərəqqiyə nail olub. Belə ki, ölkəmiz insan potensialının inkişafına görə, “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olub”.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu gün ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin gənclərin həyatında bəxş etdiyi uğurlardan danışıb. O bildirib ki, bu gün dövlət tərəfindən gənc nəslə diqqət yetərincə göstərilir və onların potensialını artıracaq tədbirlər həyata keçirilir: “1 il yarım ərzində fonda 1642 layihə təqdim olunub və bunlardan 1021-i dəstəklənib”.

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov isə deyib ki, bu gün müstəqil Azərbaycanın vətəndaşı olmaq sözün əsl mənasında şərəfdir: “Eyni zamanda Azərbaycanın gənc vətəndaşı olmaq ikiqat şərəfli bir missiyadır. Gənclər həm Azərbaycanın bu gününü, həm də gələcəyini təmsil edirlər. Bu, kifayət qədər böyük məsuliyyət, gələcəyə hazır olmaq kimi bir gerçəklik tələb edir. Bu gün hər bir Azərbaycan gənci Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunub”.

Daha sonra mərasimdə elm, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış 6 istedadlı və yaradıcı gəncə prezident mükafatı təqdim olunub. Ötən ildəki uğurlu fəaliyyətinə görə 25 gəncə, 11 qeyri-hökumət təşkilatı və tələbə-gənclər təşkilatları da nazirlik tərəfindən mükafatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR