Pakistanda “Kəşmir və Dağlıq Qarabağ: həlli yollarının axtarılması” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTOSESSİYA

Pakistanda “Kəşmir və Dağlıq Qarabağ: həlli yollarının axtarılması” mövzusunda beynəlxalq konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 05 mart 2014 07:49 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və həmin şöbənin elmi işçisi Fuad Çıraqov Pakistan İslam Respublikasının İslamabad şəhərinə səfər ediblər.

Mərkəzdən APA-ya verilən məlumata görə, dəfər çərçivəsində SAM-ın əməkdaşları martın 3-də Quadi-e-Azam Universitetinin Müdafiə və Strateji Araşdırmalar Mərkəzində həmin universitetin müəllim və tələbə heyəti ilə görüş keçiriblər.

Görüşdə Azərbaycan haqqında ümumi məlumat verildikdən sonra ikitərəfli münasibətlərin müxtəlif aspektləri, regional və qlobal təhlükəsizlik məsələlərinə aid müzakirələr keçirilib. Martın 4-də İslamabad şəhərində SAM və Sülh və Diplomatiya İnstitutunun birlikdə təşkil etdiyi “Kəşmir və Dağlıq Qarabağ: həlli yollarının axtarılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda SAM və Sülh və Diplomatiya İnstitutunun əməkdaşları ilə yanaşı, müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri, Pakistanın müxtəlif universitetlərinin professorları habelə Kəşmir bölgəsindən olan müxtəlif çıxışçılar iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR