Zaqatalada bir sıra sosial obyektlərin açılışı olub

Zaqatalada bir sıra sosial obyektlərin açılışı olub
# 07 mart 2014 18:03 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatala rayonunda ən çox diqqət mərkəzində olan sahələrdən biri də rayonun qazlaşmasıdır. Hazırda rayon üzrə qazlaşma 48 faiz təşkil edir. İlk olaraq rayonun ucqar kəndləri qazlaşdırılır. Rayonun ucqar, Böyük Qafqaz dağlarının ətəyində yerləşən Qəbizdərə kəndinə ilk dəfə mavi yanacaq verilib. Qəbizdərə kəndində 70 abonentə, 5 500metr müxtəlif diametrli polad borular vasitəsilə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb. Hazırda rayonunun Əliabad,Mosul,Yengiyan və Car kəndlərində quraşdırılma işləri davam etdirilir.

Rayonun Kürdəmir kəndində isə FHN-nin sifarişi ilə tikilmiş yeni məktəb binası istifadəyə verilib. 2012-ci ilin may ayında ölkənin şimal-qərb bölgəsində baş verən zəlzələdən sonra Kürdəmir kəndindəki məktəb binası qəzalı vəziyyətə düşmüşdü. Ötən ilin aprel ayında tikintisinə başlanılan 50 şagird yerlik məktəb binası 1 mərtəbəli olmaqla 3 sinif otağı, tibb otağı, kitabxana və direktor otağından ibarətdir. Yeni məktəb binası müasir istiliksistemi ilə təhciz olunub,müasir üslubda bütün lazımi mebel avadanlıqları və inventarlarla təhciz edilib.

Rayonun Muxax kəndində isə ötən ilin oktyabr ayından əsaslı bərpasına başlanılmış 55 yerlik körpələr evi-uşaq bağçası balaca fidanların ixtiyarına verilib. Dövlət vəsaiti hesabına tikilən binada körpələr üçün hər cür şərait yaradılıb. 3 qruplu uşaq bağçası ən müasir avadanlıqlar və müasir istilik sistemi ilə təchiz edilib.

Yeni obyektlərin istifadəyə verilməsi ilə təşkil edilmiş açılış mərasimlərində rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, müvafiq idarə və təşkilat nümayəndələri, rayon ziyalıları və kənd sakinləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR