Azərbaycanda xüsusi idman növləri üzrə yarışlarda iştirak zamanı idmançılar icbari sığorta olunacaqlar

Azərbaycanda xüsusi idman növləri üzrə yarışlarda iştirak zamanı idmançılar icbari sığorta olunacaqlar
# 06 mart 2014 08:03 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda paralimpiya, deflimpiya və xüsusi idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak zamanı idmançılar dövlət tərəfindən icbari sığorta olunacaqlar.

Milli Məclisin Sosial siyasət komitəsindən APA-ya verilən məlumata görə, bununla bağlı “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklər təklif olunub.

Layihəyə əsasən, paralimpiya, deflimpiya və xüsusi idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak zamanı idmançılar Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri tərəfindən qanunun 60.1-ci maddəsinə uyğun olaraq icbari qaydada sığorta ediləcəklər.

Yeni redaksiyada verilən həmin maddədə qeyd olunur ki, bədən tərbiyəsi ilə məşğul olan şəxslər, idmançılar, idman hakimləri, məşqçilər peşəkar fəaliyyətləri ilə əlaqədar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna uyğun olaraq icbari qaydada sığorta ediləcəklər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR