Foq Rasmussen: “NATO Gürcüstanı postsovet dövlətləri üçün model hesab edir”

Foq Rasmussen: “NATO Gürcüstanı postsovet dövlətləri üçün model hesab edir”
# 02 aprel 2014 21:43 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə NATO-nun Baş Katibi Foq Rasmussen Gürcüstan-NATO Komissiyasının yığıncağında məlumat verib: “Gürcüstan-bütün region üçün bir modeldir. Bu dövlət təhlükəsizlik ixrac edən və avroatlantik məkana daxil olmaq üçün hazır olmaq cəhdini təcrübədə bildirən ölkədir,” Foq Rasmussen bildirib.

Komissiyanın iclasında bildirilib ki, "təhlükəsizlik ixrac edən" termini NATO tərəfindən yaradılıb. “Bu terminlə Alyansa üzv olmayan dövlətlərə müraciət edilir. Alyansa üzv olmayan dövlətlər öz əsgərlərini NATO-nun başçılığı altında öncə Əfqanıstanda həyata keçirilən hərbi əməliyyatlarda iştirak etmək üçün verir.”

NATO Baş Katibi, eyni zamanda Gürcüstanda həyata keçirilən demokratik islahatlar yolunda əldə etdiyi "əhəmiyyətli uğurları" alqışlayıb.

“NATO-ya daxil olmayan Gürcüstan dövləti Əfqanıstanda hərbi əməliyyatlar üçün ən çox əsgər verir və biz onun Alyansın sürətli reaksiya qüvvələrində iştirak etmək qərarını alqışlayırıq,” NATO-nun Baş Katibi bildirib.

Rasmussen qeyd edib ki, Gürcüstan-NATO Komissiyasının iclasında bir çox məsələlərin içində Ukraynadakı böhran, onun Avropada və dünyada təhlükəsizlik situasiyasına təsiri məsələlərinə baxılacaq.

"NATO Ukraynanın hal-hazırda ərazi bütövlüyünün və suverenliyinin pozulduğunu təsdiq edir və bu suverenliyin pozulmasının yolverilməzliyini bildirir,” Rasmussen bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR