BAXCP: Ukraynada baş verənlərdən hər bir Azərbaycan vətəndaşı nəticə çıxarmalıdır

BAXCP: Ukraynada baş verənlərdən hər bir Azərbaycan vətəndaşı nəticə çıxarmalıdır
# 24 fevral 2014 10:32 (UTC +04:00)

Bakı - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə edilib.

BAXCP İdarə Heyətində eyni zamanda Ukraynadakı son olaylar da geniş müzakirə olunub: “BAXCP Azərbaycanın strateji tərəfdaşı olan Ukraynada baş verənləri dərin narahatlıqla izləyir və ümid edir ki, davam etməkdə olan siyasi böhran tezliklə aradan qalxacaq, sivil dövlət quruculuğu prosesi sürətlənəcək, ölkənin bütövlüyü qorunacaq. Böhranın tezliklə aradan qalxmasına Azərbaycan hökuməti də öz töhfəsini verməli, yeni qurulmuş hökumətə və Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə etməlidir”.

BAXCP hesab edir ki, Ukraynada baş verənlərdən hər bir Azərbaycan vətəndaşı nəticə çıxarmalı, Azərbaycanın modernləşməsi prosesi islahatlar yolu ilə sürətləndirilməli, ölkədəki siyasi sabitliyin davamlı olması üçün hər kəs öz məsuliyyətini dərk etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR