Azərbaycan benzin istehsalını 9% artırıb

Azərbaycan benzin istehsalını 9% artırıb
# 20 dekabr 2013 12:56 (UTC +04:00)

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə benzin istehsalı 8,9% artıb.

Eyni zamanda, bu ilin 11 ayında 645,3 min ton ağ neft istehsal edilib ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur. Həmçinin, bu müddət ərzində dizel yanacağı istehsalı 5,4% artaraq 2 287,5 min ton təşkil edib.

Təhlil olunan dövr ərzində neft bitumunun istehsalı 7,1% artıb və 288,1 min ton olub, sürtgü yağının istehsalı isə 37,1% azalaraq 43,8 min ton təşkil edib.

Qeyd edək ki, neft emalı müəssisələrinin anbarlarında 37,6 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 13,9%-i qədər hazır məhsul qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR