Sabah Azərbaycan paytaxtında 31, rayonlarda 35 dərəcəyədək isti olacaq - VİDEO

Sabah Azərbaycan paytaxtında 31, rayonlarda 35 dərəcəyədək isti olacaq - <span style="color: red;">VİDEO
# 30 may 2014 09:36 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 26-31 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR