Azərbaycanın müdafiə naziri Gürcüstan prezidenti ilə görüşüb

Azərbaycanın müdafiə naziri Gürcüstan prezidenti ilə görüşüb
# 29 may 2014 15:35 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstana səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov prezident Georgi Marqvelaşvili ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş jurnalistlər üçün qapalı keçirilib.

Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan-Gürcüstan dostluq münasibətləri və digər vacib məsələlər müzakirə olunub.

Mayın 30-da Azərbaycanın müdafiə naziri həmkarı İrakli Alasaniya ilə birlikdə Batumidə Gürcüstanın Polis Gününə həsr olunan tədbirə qatılacaq.

Z. Həsənovun Batumidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşü də gözlənilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR