İmişlidə ev yanıb

İmişlidə ev yanıb
# 15 iyun 2014 09:22 (UTC +04:00)
Bakı – APA. İmişli rayonunda yaşayış evində yanğın baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağının tavanı və çardağı 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR