Bakıda məcburi köçkün özünü dənizə ataraq intihar edib - VİDEO

Bakıda məcburi köçkün özünü dənizə ataraq intihar edib - <span style="color: red;">VİDEO
# 28 iyun 2014 07:20 (UTC +04:00)

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Kəlbəcər rayonundan olan məcburi köçkün, 1971-ci il təvəllüdlü Bəxtiyar Qədim oğlu Musayev özünü dənizə ataraq intihar edib. Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

İlkin məlumata görə, B. Musayev ruhi əsəb xəstəliyindən əziyyət çəkirmiş. Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR