Şəmkirdə baş verən yol qəzalarında, bir nəfər ölüb, üç nəfər xəsarət alıb - VİDEO

 Şəmkirdə baş verən yol qəzalarında, bir nəfər ölüb, üç nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 13 aprel 2014 09:15 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisələrdən biri Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Zəyəm qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“Opel” markalı avtomobilin yolun kənarında dayanan “KamAZ” markalı avtomobilə çırpılması nəticəsində minik avtomobilində olan sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü Şahmar Mahmudov isə müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisəyə “Opel”in sürücüsünün sükan arxasına yuxulaması səbəb olub.

Digər hadisə isə Bakı-Qazax magistral yolunun Şəmkir rayonu hissəsində baş verib.

“Niva” markalı avtomobillə “QAZ-24” markalı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki fakt üzrə Baş Dövlət Yol polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR