Azərbaycanda Elektrik şəbəkəsinin iki işçisi cərəyan vurması nəticəsində ölüb

Azərbaycanda Elektrik şəbəkəsinin iki işçisi cərəyan vurması nəticəsində ölüb
# 22 may 2014 10:39 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Tovuzda və Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 21-də Tovuz rayonu Xatınlı kəndinin ərazisində rayon Paylayıcı Elektrik Şəbəkəsinin işçisi, Aşağı Öysüzlü kənd sakini Qəhrəman Hüseynov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Analoji hadisə isə Binəqədi rayonunda qeydə alınıb. Rayon ərazisindəki Bakı Elektrik Şəbəkəyə məxsus stansiyanın tikintisində fəhlə işləyən Cəlilabad rayon sakini Ülvi Həsənovu elektrik cərəyanı vurması nəticəsində ölüb.

APA-nın qərb bürosunun məlumatına görə, 1964-cü il təvəllüdlü Qəhrəman Hüseynov ötən gecə Tovuz rayonunda şimşək çaxması nəticəsində qırılan elektrik xəttini birləşdirmək istəyəndə onu elektrik cərəyan vurub. Tovuz rayon Elektrik Şəbəkəsinin rəisi Zöhrab Paşayev Q. Hüseynovun şəbəkə tərəfindən xidmətə göndərilmədiyini deyib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR