Kanada Rusiya və Ukraynanın 11 vətəndaşına qarşı sanksiyalar tətbiq edib

Kanada Rusiya və Ukraynanın 11 vətəndaşına qarşı sanksiyalar tətbiq edib
# 21 iyun 2014 21:40 (UTC +04:00)

Bakı-APA. Kanadanın baş naziri Stiven Xarper Rusiya və Ukraynanın 11 vətəndaşına qarşı sanksiyaların tətbiq edildiyini elan edib. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, S.Xarperin açıqlamasına əsasən, sanksiya siyahısına salınan şəxslər Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına yol veriblər. “Biz bundan sonra da Ukraynadakı böhrana görə məsuliyyət daşıyan şəxslərə təzyiq etmək niyyətindəyik”, deyə baş nazir qeyd edib.

Qeyd edək ki, sanksiya siyahısına daxil edilən şəxslərin adları hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR