Bakıda Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısı başlayıb - FOTOSESSİYA - YENİLƏNİB

Bakıda Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısı başlayıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 17 mart 2014 10:19 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbirdə BMT sisteminə daxil olan təşkilatlarda, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatların müxtəlif ölkələrdə yerləşən ofislərində işləyən 50-yə yaxın Azərbaycan vətəndaşı iştirak edir.

Tədbirin məqsədi beynəlxalq səviyyədə iş təcrübəsinə malik olan Azərbaycan vətəndaşlarının ölkənin inkişafı prosesində daha da fəal iştirakını təmin etmək məqsədilə onları birləşdirəcək vahid mərkəzin yaradılması və sistemli yanaşmanın formalaşdırılmasından ibarətdir. Beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşları haqqında müfəssəl məlumatların toplanılması yolu ilə onlar haqqında vahid məlumat bazasının yaradılması, vətəndaşların bu qrupu arasında daimi əlaqələndirmə mexanizmlərinin hazırlanması və tətbiqi və digər məsələlər toplantıda müzakirə olunur.


Tədbirdə “Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlı kadrlarla bağlı mövcud vəziyyət və gələcək inkişaf perspektivləri” mövzusuna həsr olunan plenar iclasda Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov çıxış edib. O, beynəlxalq münasibətlər sistemində beynəlxalq təşkilatların rolundan, beynəlxalq aləmdə baş verən geosiyasi proseslərdən, Azərbaycanın müstəqil dövlət kimi bu sistemdəki yerindən danışıb və dövlət başçısının bu cür təşəbbüslərə hər zaman dəstək verdiyini deyib: “Beynəlxalq və regional təşkilatlarda çalışan hər bir azərbaycanlının vəzifəsi öz mandatları çərçivəsində işləməkdir. Düşünürük ki, siz mandatınız çərçivəsində nə qədər yaxşı çalışsanız, orada Azərbaycanı bu cür də təmsil edəcəksiniz və onun imici üçün çalışmış olacaqsınız. Azərbaycanın beynəlxalq təşkilatlarda çalışan 100-ə qədər nümayəndəsi var və düşünürəm ki, bu çox azdır. Biz gələn toplantılarımızda bunu 150-200 etməliyik. Məqsədlərdən biri də beynəlxalq təşkilatlarda çalışan azərbaycanlılar, eyni zamanda Azərbaycanın müxtəlif strukturları ilə onlar arasında informasiya mübadiləsini gücləndirməkdir. Bizim bir-birimizlə informasiya mübadiləmiz nə qədər çox olarsa, bir-birimizi nə qədər yaxşı tanıyarıqsa, onda köməyimiz, yardımımız da yaxşı olar”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Azərbaycanda uzun illər ərzində diaspora hərəkatı nostalji hisslərdən indi daha konkret tələblər qoyulma dövrünə kimi inkişaf edib. Onun sözlərinə görə, bu gün dünyanın 70-dən artıq ölkəsində azərbaycanlılar təşkilatlanıb Azərbaycan həqiqətlərini dünyaya, yaşadıqları ölkələrin cəmiyyətinə çatdırmaq üçün geniş istiqamətli fəaliyyətlər göstərirlər. Azərbaycanın nəinki regionda, dünya siyasətində də öz yerini tutduğunu deyən N.İbrahimov qeyd edib ki, bu qədər qlobal sarsıntılar dövründə Azərbaycan çox stabil, dinamik, düşünülmüş bir siyasət nəticəsində möhkəm tərəfdaş kimi mühüm yerə çatıb: “Lakin gələcəkdə xarici təşkilatlarda çalışan azərbaycanlıların fəaliyyətinə, diaspora təşkilatlarına olan yardımınıza, diaspor təşkilatlarının daha yüksək səviyyəyə çatmasında təcrübənizə, biliyinizə, aldığınız təcrübəyə böyük ehtiyac var”.

Tədbirin davamında çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətin rəhbəri Səməd Seyidov, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və digərləri tədbirin əhəmiyyətindən danışaraq, beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların fəaliyyətindən bəhs ediblər.

Qeyd edək ki, 2 gün davam edəcək Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısı sabah işini başa çatdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR