Ucarda baş verən yol qəzasında 5 nəfər yaralanıb - VİDEO

Ucarda baş verən yol qəzasında 5 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 12 mart 2014 15:18 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə gün Bakı-Qazax yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

“Nissan Navara” markalı avtomobillə “VAZ-21015” markalı minik maşını toqquşub. Nəticədə “VAZ-21015”in sürücüsü, 45 yaşlı Siyəzən rayon sakini Həsənov Cəlil Uğurlu oğlu, 28 yaşlı İmişli rayon sakini Şirinov Anar Davud oğlu, 43 yaşlı İmişli rayon sakini Məmmədova Xuraman Çoban qızı, 38 yaşlı Sumqayıt şəhər sakini Həsənova Dürdanə Uğur qızı və 38 yaşlı Sumqayıt şəhər sakini Pənahova Zahidə Şəmsəddin qızı müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR