Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsindəki layihələrin maliyyələşdirilməsini 2,5 mlrd. avroyadək artırıb

Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsindəki layihələrin maliyyələşdirilməsini 2,5 mlrd. avroyadək artırıb
# 25 aprel 2014 04:59 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozunun bəyanatında qeyd olunub. Qeyd olunan bəyanatı Barrozunun adından “Şərq Tərəfdaşlığı” proqramının 5 illiyi münasibəti ilə Praqada keçirilən sammitdə Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle səsləndirib.

“Tərəfdaşlığın 2010-2013-cü illərdə müəyyən olunmuş məqsədlərinə nail olmaq üçün biz ikitərəfli və regional proqramlara maliyyə dəstəyini, ümumilikdə, 2,5 mlrd. avroyadək artırmaq qərarına gəldik”, deyə Barrozunun bəyanatında bildirilir. O, həmçinin, qeyd edib ki, AB-nin büdcəsi yaxın 7 il ərzində Şərqi Avropaya dəstək edilməsinə zəmanət verir.

“Biz Ukrayna, Gürcüstan və Moldova ilə Assosiasiya və Azad Ticarət haqqında Sazişi tam olaraq imzalamağa ümid edirik. Azərbaycan və Ermənistan ilə olan birgə layihələrdə isə irəliləyişə nail olmaq niyyətindəyik”, deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.

Barrozu həmçinin qeyd edib ki, AB Belarusla da əməkdaşlığı davam etdirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR