Qvatemalada 5,4 bal gücündə zəlzələ baş verib

Qvatemalada 5,4 bal gücündə zəlzələ baş verib
# 16 iyun 2014 19:09 (UTC +04:00)

Bakı-APA. Qvatemalanın qərb bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qvatemala Milli Seysmoloji İnstitutunun məlumatına əsasən, yeraltı təkanların episentri paytaxtdan 266 km aralıda, 10 km dərinlikdə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR