Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 20 iyun 2014 16:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-90, Kiçik Qafqazın çaylarında 60, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR çaylarında isə ongünlük normanın 50 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, iyunun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 187 m3/s olmaqla ongünlük normanın 32 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 228 m3/s və ongünlük normanın 39 faizini təşkil edib.


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 63 m3/s olmaqla, ongünlük normanın 37 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici iki dəfə çox olmaqla 141 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.


İyunun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda və Salyanda 5 sm azalma, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 322 sm, Şirvanda 173 sm, Salyanda 110 sm, Bankədə 206 sm, Araz çayının Novruzlu məntəqəsində isə 58 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR