Kürdəmirin Qarasaqqal kəndində sutəmizləyici qurğu istifadəyə verilib

Kürdəmirin Qarasaqqal kəndində sutəmizləyici qurğu istifadəyə verilib
# 16 aprel 2014 14:56 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Milli QHT Forumu “Japan Tabacco İnternational” (JTI) şirkətinin maliyyə dəstəyi ilə Kürdəmir rayonunun Qarasaqqal kəndində sutəmizləyici qurğu yerləşdirib.

APA-Economics”in xəbərinə görə, kəndin mərkəzində yerləşdirilmiş qurğu kanal suyunu bir neçə təbii ekoloji təmiz texnologiyadan keçirərək içməli su halına gətirir. İki minə yaxın əhalisi olan kənd indiyədək texniki su standartlarına belə uyğun olmayan arx suyundan istifadə edib.

Sutəmizləyici qurğunun istifadəyə verilməsi mərasimində Azərbaycan Milli QHT Forumunun rəhbərli Rauf Zeyni, MGF icraçı direktoru və layihə rəhbəri Gunel İbrahim, JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbərləri və Kürdəmir Rayon İcra hakimiyyətinin nümayəndələri iştirak ediblər. MQF prezidenti Rauf Zeyni dövlətin bu sahədə həyata keçirdiyi layihələri vurğulayaraq, vətəndaş cəmiyyətinin və kommersiya təşkilatlarının birgə əməkdaşlığının ölkə inkişafındakı önəmini qeyd edib.

Əhalinin içməli su ilə təmin edilməsi kimi layihələri öz korporativ xeyriyyə proqramına daxil edən JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Namiq Quliyev şirkətin gələcəkdə də belə layihələrə dəstək olacağını vurğulayıb.

Daha sonra su qurğusunun açılışını bildirən rəmzi lent kəsilib və qurğu yerli sakinlərin istifadəsinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR