Bakıda ilk dəfə Beynəlxalq Futbol Könüllülüyü Forumu keçiriləcək

Bakıda ilk dəfə Beynəlxalq Futbol Könüllülüyü Forumu keçiriləcək
# 13 may 2014 14:43 (UTC +04:00)

Bakı – APA. AFFA-nın təşkilatçılığı ilə Bakıda ilk dəfə Beynəlxalq Futbol Könüllülüyü Forumu keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir mayın 19-da “Abşeron Marriott” otelinin Şərq zalında baş tutacaq.

Forumun əsas məqsədi həm Azərbaycan, həm də beynəlxalq səviyyədə futbol könüllülüyünün inkişaf etdirilməsi və regional təcrübələrin paylaşılmasıdır. Forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələri forum iştirakçıları ilə bölüşmək olacaq. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanda 2012-ci ildə keçirilmiş FIFA U-17 Qadınlararası Dünya Çempionatından sonra daha da inkişaf etmiş futbol və idman könüllülüyü imkanları sayəsində yüzlərlə gənc uğur qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR