“PAŞA Sığorta” bədii gimnastların rəsmi sığortaçısı olub

“PAŞA Sığorta” bədii gimnastların rəsmi sığortaçısı olub
# 29 aprel 2014 09:49 (UTC +04:00)

Bakı – APA-Economics. “PAŞA Sığorta” şirkəti Azərbaycanın idman sahəsinin inkişafında öz töhfəsini verməkdə davam edir. 13-15 iyun 2014-cü il tarixində Bakıda keçiriləcək Bədii Gimnastika üzrə 30-cu Avropa çempionatında iştirak edəcək bədii gimnastlar “PAŞA Sığorta” tərəfindən sığortalanacaq. Bu barədə “APA-Economics”ə şirkətdən məlumata verilib.

Bakının Milli Gimnastika Arenasında keçiriləcək bu çempionatda 32 ölkənin gimnastları yeniyetmələr arasında fərdi turnirdə, Avropanın 21 komandası isə böyüklərdən ibarət qrup hərəkətləri kollektivləri ilə öz güclərini sınayacaqlar. Bundan əlavə, 2013-cü ildə Vyanada keçirilən Avropa Çempionatının nəticələrinə əsasən ən yaxşı 20 gimnast Olimpiya proqramına daxil olan çoxnövçülükdə qitə çempionunu müəyyən edəcəklər. Ümumilikdə isə Bakıda 258 gimnast 9 dəst mükafat uğrunda yarışacaq. PAŞA Sığorta ölkəmiz üçün vacib olan belə tədbirdə gimnastların rəsmi sığortaçısı olmaqdan qürur duyur.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti sığorta bazarında 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü kimi “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 31 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln. manat və cari aktivlərinin dəyəri 77 mln. manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrarsığorta bazarında lider üçlükdə öz mövqeyini gücləndirmişdir.

“PAŞA Sığorta” şirkəti və sığorta xidmətləri haqqında daha ətraflı məlumat almaq üçün www.pasha-insurance.az internet səhifəsinə və ya Sığorta Məsləhət Xəttinə; korporativ müştərilər üçün (050/055) 263 88 08 və fərdi müştərilər üçün (050/055) 227 88 00 nömrəli telefon vasitəsilə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR