Türkiyədəki partlayışlarla bağlı 3-ü suriyalı olmaqla 5 nəfər saxlanılıb

Türkiyədəki partlayışlarla bağlı 3-ü suriyalı olmaqla 5 nəfər saxlanılıb
# 11 may 2013 22:12 (UTC +04:00)

Bakı-APA. Türkiyənin daxili işlər naziri Müəmmər Gülər bəyan edib ki, Suriya sərhədi yaxınlığındakı Reyhanlı qəsəbəsində törədilmiş partlayışlara aidiyyəti olan şəxslər artıq müəyyən olunub. APA-nın məlumatına görə, nazir onların Suriya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu qeyd edib.

“Reyhanlı qəsəbəsində törədilmiş partlayışlara aidiyyəti olan şəxslər müəyyən olunub. Onların Suriya xüsusi xidmət orqanları ilə əlaqəsi var”, deyə Müəmmər Gülər qeyd edib.

Türkiyənin NTV telekanalı qeyd edir ki, xüsusi xidmət orqanlarının əməkdaşları partlayışlarla bağlı 5 nəfəri saxlayıb. Onlardan üçünün Suriya vətəndaşı olduğu qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR