Hərbi Dəniz Qüvvələrinin həbsdə olan sabiq əməkdaşının apellyasiya şikayəti təmin edilməyib

Hərbi Dəniz Qüvvələrinin həbsdə olan sabiq əməkdaşının apellyasiya şikayəti təmin edilməyib
# 29 aprel 2014 10:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) ehtiyatda olan polkovniki Qasım Quliyevin apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, Q.Quliyev bir neçə gün əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən Q.Quliyevin barəsində Bakı Hərbi Məhkəməsi 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Apellyasiya şikayəti həmin qərardan verilib.

I dərəcəli kapitan (polkovnik) Qasım Quliyev uzun müddət HDQ Naviqasiya və kartoqrafiya şöbəsinin rəisi vəzifəsində çalışıb. O, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə əsasən, yaş həddinə görə 23 avqust 2013-cü il tarixində Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR