İran prezidenti Obamanın məktubunu konstruktiv adlandırıb

İran prezidenti Obamanın məktubunu konstruktiv adlandırıb
# 19 sentyabr 2013 00:52 (UTC +04:00)

Bakı-APA. İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Barak Obamanın məktubunu müsbət qarşılayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Ruhani NBC telekanalına müsahibəsində Obamanın məktubunu pozitiv və konstruktiv adlandırıb.

Xatırladaq ki, bazar günü Obama Ruhaniyə məktub yazıb. Həmin məktubda o, Suriyadakı vəziyyətin sabitləşdirilməsi üçün İranın potensialını işə salmaq istədiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR