İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İspaniya parlamentinin deputatları ilə görüşüb

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İspaniya parlamentinin deputatları ilə görüşüb
# 07 fevral 2014 16:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev p APA-Economics. İspaniya parlamentinin deputatlarından ibarət nümayəndə heyəti Bakıya səfəri çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və İspaniya arasındakı mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bildirilib ki, Azərbaycan və İspaniya arasında iqtisadi sahədə əlaqələr uğurla davam etdirilir, əməkdaşlığın genişləndirilməsində rəsmi səfərlər və keçirilən görüşlər xüsusilə əhəmiyyətlidir. Bununla belə, ölkələr arasında əməkdaşlığın, xüsusilə qeyri-neft sektorunda əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Ş.Mustafayev ispan şirkətlərinin Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmaqla, azərbaycanlı həmkarları ilə əməkdaşlığı genişləndirə biləcəklərini qeyd edib. Nazir Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu bildirmiş, ölkədəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını, ölkənin investisiya yatıran ölkəyə çevrildiyini vurğulayıb. Azərbaycanın regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu qeyd edən iqtisadiyyat və sənaye naziri Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ciddi maneə olduğunu diqqətə çatdırıb.

İspaniya nümayəndə heyətinin rəhbəri, deputat Xose Maria Çikiyo Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizdəki sosial-iqtisadi inkişafın nümayəndə heyətində böyük təəssürat yaratdığını, İspaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. X.Çikiyo turizm, kənd təsərrüfatı, sənaye, tikinti sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib, Azərbaycan iş adamlarını İspaniyaya dəvət edib.

Görüşdə həmçinin Azərbaycan və İspan iş adamları arasında əlaqələrin inkişafı baxımından birgə biznes forumların keçirilməsinin əhəmiyyəti qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR