Rza Təhmasibin 120 illiyi münasibətilə tədbir keçiriləcək

Rza Təhmasibin 120 illiyi münasibətilə tədbir keçiriləcək
# 22 yanvar 2014 16:43 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan teatr və kino sənətinin korifeylərindən biri, aktyor, rejissor Rza Təhmasibin 120 illiyi münasibətilə Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə tədbir keçiriləcək.

Fonddan APA-ya verilən məlumata görə, apreldə keçiriləcək tədbirdə sənətkar haqqında geniş məlumat veriləcək, çəkildiyi tamaşa və filmlərdən parçalar nümayiş olunacaq: “Milli teatrımızın inkişafında bu sənət fədaisinin xidmətləri əvəzsizdir. Onun genişmiqyaslı rejissorluq, aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin parlaq səhifələrini təşkil edir. Rza Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində böyük xidmətlər göstərib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR