Bakı. Anaxanım Hidayətova - APA-Economics. İraq-Azərbaycan Hökumətlərarası Komissiyasının Bakıda keçiriləcək iclasının vaxtı dəqiqləşib.
İraqın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbir dekabrın 3-4-də baş tutacaq.
Xatırladaq ki, komissiyaya hər iki ölkənin rabitə və informasiya texnologiyaları nazirləri - Turxan Müfti və Əli Abbasov rəhbərlik edir.
İclasın yekununda tərəflər müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi haqqında protokol imzalayacaqlar.