Milli Şura bələdiyyə seçkiləri ilə bağlı növbəti sessiyasında qərar verəcək

Milli Şura bələdiyyə seçkiləri ilə bağlı növbəti sessiyasında qərar verəcək
# 16 aprel 2014 14:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Milli Şuranın növbəti sessiyasında bələdiyyə seçkiləri ilə bağlı qərar veriləcək.

Bu barədə APA-ya Milli Şuranın üzvü Yeganə Hacıyeva bildirib. Onun sözlərinə görə, seçkilərdə iştirakla bağlı məsələ qurumun gündəliyindədir: “Milli Şura seçkilərdə iştirak etməyi planlaşdırır. Lakin hələlik konkret qərar verilməyib. Bu məsələ növbəti sessiyada müzakirəyə çıxarılacaq. Düşünürəm ki, bələdiyyə seçkilərində iştirak etməyimiz vacibdir”.

Y. Hacıyeva Milli Şuraya daxil olan KXCP-nin bələdiyyə seçkilərində iştirakla bağlı ayrıca qərar verməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Milli Şurada seçkilərdə iştirakın forması barədə müzakirələr aparılır: “Milli Şurada təmsil olunan partiyalar gücünə görə fərqli partiyalardır. Ola bilər, KXCP hesab edir ki, seçkilərdə müstəqil şəkildə iştirak etsə, uğur qazana biləcək. Bu qərarlar normaldır. Ancaq KXCP-nin seçkilərdə hansı formada iştirak edəcəyi də bəlli deyil. Ona görə də bu məsələlər Milli Şurada müzakirə olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR