Bayram və istirahət günlərində Bakıda təcili yardıma 18520 çağırış daxil olub

Bayram və istirahət günlərində Bakıda təcili yardıma 18520 çağırış daxil olub
# 07 yanvar 2014 07:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bayram və istirahət günlərində (dekabrın 30-dan yanvarın 7-dək) Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 18520 çağırış daxil olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, stansiyaya daxil olan müraciətlərin sayı dekabrın 30-dan etibarən kəskin artmağa başlayıb, yalnız dünəndən etibarən nisbətən azalıb. Onun sözlərinə görə, bayram günlərinə kimi müraciətlərin sayı 1700-1800 olduğu halda, son 8 gün ərzində stansiyaya 2200-2500 arası müraciətlər daxil olub: “Belə ki, stansiyaya dekabrın 30-da 2000, dekabrın 31-də 2500, yanvarın 1-də 2400, yanvarın 2-də 2420, yanvarın 3-də, 4-də, 5-də 2300, dünən isə 2210 müraciət daxil olub”.

Z.Vahidova qeyd edib ki, dekabrın 30-dan bu günədək daxil olan müraciətlər əsasında 1254 nəfər xəstəxanaya yerləşdirilib. Böyük həkim qeyd edib ki, bayram və istirahət günlərində müraciətlər əsasən, yaşlı insanlarda arterial təzyiqin yüksəlməsi, uşaqlarda və böyüklərdə kəskin respirator xəstəliklər və digər ənənəvi xəstəliklərlə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR