Azərbaycan prezidenti Yaponiya Olimpiya Agentliyinin rəhbərini qəbul edib - FOTO

Azərbaycan prezidenti Yaponiya Olimpiya Agentliyinin rəhbərini qəbul edib - <span style="color: red;">FOTO
# 29 aprel 2014 11:24 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri, baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hiratanı qəbul edib.

APA-nın məlumatına görə, görüşdə T.Hirata Azərbaycana ötən səfərlərini və Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırlayıb.

O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Prezident İlham Əliyev isə ölkəmizdə bütün sahələrin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Görüşdə Azərbaycanla Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR