İranla əməkdaşlıq edən Fransa bankı 16 mlrd. dollar cərimənib

İranla əməkdaşlıq edən Fransa bankı 16 mlrd. dollar cərimənib
# 10 iyun 2014 10:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ hökuməti İrana qarşı sanksiyaları pozduğuna görə Fransa bankını cərimələyib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, “BNP Paribas” 16 milyard dollar cərimə ödəməli olacaq.

Fransa bankı 2002-2009 illərdə ABŞ-ın icazəsi olmadan İran, Sudan və Kuba ilə ticarət müqavilələrini dollarla aparmaqda günahlandırılır. Fransa bankı qanunsuz əməliyyatlar həyata keçirdiyini etiraf edib.

Ancaq “BNP Paribas”ın cərimənin miqdarının azaldılması üçün ABŞ tərəfi ilə apardığı danışıqlar faydasız olub. Fransa prezidenti və xarici işlər nazirinin cəzanın yumşaldılması ilə bağlı istəkləri də nəzərə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR