Bakıda beynəlxalq “Yaşıl Qraffiti” festivalı keçirilib - FOTOSESSİYA

Bakıda beynəlxalq “Yaşıl Qraffiti” festivalı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 13 may 2013 16:52 (UTC +04:00)

Bakı – APA. Mayın 12-də IDEA kampaniyasının ətraf mühit və incəsənət arasındakı harmoniyanı qoruyub saxlamaq məqsədilə təşkil etdiyi beynəlxalq “Yaşıl Qraffiti” festivalı keçirilib.

IDEA-dan APA-ya verilən məlumata görə, festivalda Rusiya, Ukrayna, Gürcüstan, İngiltərə və Azərbaycandan olan gənclər iştirak ediblər.

Festival iştirakçıları Bakının mərkəzi hissələrindən birində quraşdırılmış xüsusi stendlərdə müxtəlif rəsm əsərləri çəkərək ətraf mühit problemləri ilə bağlı öz mesajlarını çatdırıblar.

IDEA kampaniyası tərəfindən festivalın təşkil edilməsində əsas məqsəd qraffiti sənəti vasitəsilə ətraf mühitin qorunmasının vacibliyini xüsusi qeyd etmək və ictimaiyyətin diqqətinə çatdırmaq olub. Festival, həmçinin, gənc rəssamların fəaliyyətində yeni istiqamət yaratmaq üçün böyük imkanlar açıb.

“Yaşıl Qraffiti” festivalında iştirak üçün 80-dən çox gənc müraciət edib, iştirakçı gənclərin seçimi aprel ayından başlanıb.

Qeyd edək ki, IDEA kampaniyası 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb. IDEA kampaniyası yarandığı gündən insanları ətraf mühit problemləri barədə məlumatlandırmağa və bu sahədə onların aktiv iştirakına çalışır. Bu məqsədlə kampaniya müxtəlif layihələr həyata keçirməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR