Belarus prezidentinin səfəri ilə əlaqədar Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Belarus prezidentinin səfəri ilə əlaqədar Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 19 noyabr 2013 15:19 (UTC +04:00)

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun noyabrın 20-21-də Azərbaycana rəsmi səfəri ilə əlaqədar paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

İdarədən həmçinin bildirilib ki, sürücülər göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR